Parisdə keçiriləcək Olimpiya oyunları üçün Cənubi Amerika seçmə turnirinin qrup mərhələsi çərçivəsində üçüncü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, prinsipial matçda Braziliya olimpiya yığması Argentinaya uduzub.
Argentinalılar matçdan 1:0 hesabı ilə qalib ayrılıblar.
Beləliklə, Braziliya millisi öz qrupunda üçüncü yerdə qərarlaşıb və Olimpiya oyunlarına vəsiqə şansını itirib. Komanda üç görüşdə cəmi üç xal qazanıb.
Argentina millisi isə qrupda birinci yerdə q\rarlaşıb və 2024-cü il Olimpiya oyunlarına vəsiqəni təmin edib.
Xatırladaq ki, Paris Yay Olimpiya oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.