Braziliya Argentinanı Amerika Kubokundan kənarlaşdırdı - VİDEO

Braziliya Argentinanı Amerika Kubokundan kənarlaşdırdı - VİDEO
Braziliya milli komandası Amerika Kubokunun yarımfinalında əzəli rəqibi Argentina yığması ilə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən oyun 5-qat dünya çempionlarının qələbəsi ilə nətiçələnib - 2:0.
Braziliyalılar hər taymda bir dəfə fərqlənə biliblər: qolları hücumçular Qabriel Jezus və Roberto Firminyo vurublar. 
Beləliklə, Braziliya yığması Amerika Kubokunun finalına vəsiqə qazanıb və iyulun 7-də həlledici görüşdə Çili - Peru cütlüyünün qalibi ilə garşılaşacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər