İkiqat Braziliya çempionu "Botafoqo" "Operario" üzərində evdə 2:1 hesabı ilə qalib gələrək A Seriyasına yüksəlib.
Fanat.Az xəbər verir ki, sona 2 tur qalmış elitaya vəsiqəni təmin edib.
Olimpiya stadionunda 30.000 azarkeş qarşısında hesabda geri düşməsinə baxmayaraq, son 16 dəqiqədə Pedro Kastro və Rafael Navarronun qolları ilə geridönüş edən Rio-De-Jeneyra təmsilçisi nəticədə 36 matçdan sonra xallarını 66-ya yüksəldib. Hazırda B Seriyasına liderlik edən "Botafoqo" beşinci yerdə olan "Avai" ilə xal fərqini 8-ə çatdırıb.
Qeyd edək ki, ilk dörd yeri tutan komanda gələn il Braziliyanın A Seriyasında yarışacaq.
Bir vaxtlar Braziliyanın ən güclülərindən biri olan Botafoqo 2002-ci ildən bəri üç dəfə aşağı liqaya düşərək son illərdə çətin günlər keçirib. Mirağa