"Borussiya"nın vunderkindi İspaniya nəhəngi ilə danışıqlara başladı

"Borussiya"nın vunderkindi İspaniya nəhəngi ilə danışıqlara başladı

Dortmund "Borussiya"sının hücumçusu Yussuf Mukoko karyerasını İspaniyada davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sport.es" yayıb.

Xəbərə görə, Almaniya təmsilçisi ilə müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq 18 yaşlı forvardın xidmətində "Barselona" maraqlıdır. Mənbə Kataloniya klubunun nümayəndələrinin futbolçu ilə laqə saxladığını, onu digər Avropa nəhənglərinin təklif etdiyindən az maaşa "Barsa"da oynamağa razı salmağa çalışdıqlarını vurğulayıb.

Qeyd edək ki, bu mövsüm "Borussiya" forması ilə 26 oyun keçirən Mukoko 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər