"Borussiya"nın Holandla bağlı qərarı

"Borussiya"nın Holandla bağlı qərarı

"Borussiya Dortmund"un icraçı direktoru Hans-Joachim Vatske (Hans-Joachim Watzke) norveçli futbolçu Erlinq Holandın klubda gələcək aqibəti ilə bağlı danışıb.

Fanat.Az "The Sun" nəşrinə istinadən xəbər verir ki, klub rəsmisi 21 yaşlı hücumçunun satılacağı ilə bağlı məlumatlarını təkzib edib.

Əksinə Erlinq Holanda yeni müqavilə təklif edəcəklərini bildirib.

Qeyd edək ki, daha əvvəl "Borussiya"nın maliyə vəziyyətinin yaxşılaşdırmaq səbəbi ilə yayda futbolçunun top klublardan birinə satılacağı ilə bağlı məlumat yayılmışdı.

Xatırladaq ki, Holandın "arılar"la müqavilə müddəti 2022-ci ilin yayında bitəcək.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər