"Borussiya"nın gənc forvardı A Seriyası yolunda

"Borussiya"nın gənc forvardı A Seriyası yolunda

Dortmund "Borussiya"sının hücumçusu Yussufa Mukoko yay transfer pəncərəsinin son saatlarında iş yerini dəyişə bilər.

Fanat.Az tanınmış jurnalist Florian Plettenberqin şəxsi "Twitter" hesabı üzərindən yaydığı informasiyaya istinadən xəbər verir ki, 18 yaşlı futbolçu İtaliyanın "Atalanta" klubunun diqqət mərkəzindədir.

Xəbərə görə, Berqamo təmsilçisi Mukokonu icarəyi götürmək istəyir. Mənbə "Borussiya" rəhbərliyinin təklifi müsbət cavablandırmağa hazır olduğunu, lakin futbolçunun öz seçimini nəzərə alacağını vurğulayıb.

Qeyd edək ki, Yussufanın "Borussiya" ilə müqaviləsinin müddəti 2026-cı ilin iyununa qədərdir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər