"Borussiya"nın mərkəz müdafiəçisi Mats Hummels sıradan çıxıb.
Fanat.Az Dortmund klubunun saytına istinadən xəbər verir ki, Hummels son məşqdə zədələnib. İdman direktoru Mixael Tsork 31 yaşlı futbolçunun Bad-Raqatsdakı təlim-məşq toplanışına yetişəcəyini istisna etməyib.
Hummels 2019-20 mövsümündə 41 matçda meydana çıxıb.
Qeyd edək ki, daha öncə "Borussiya" Marko Roysun uzun müddət yaşıl meydanlardan uzaq qalacağını açıqlamışdı.
Fanat.Az