“Borussiya”nı “Borussiya”ya dəyişdi

“Borussiya”nı “Borussiya”ya dəyişdi

Almaniyanın “Borussiya” (Dortmund) klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, sözügedən klub Mönhenqladbax “Borussiya”sından ayrılan Rami Bensebainini heyətinə qatıb.

Əlcəzairdən olan 28 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Bensebaini 2019-cu ildən Mönhenqladbax “Borussiya”sında çıxış edirdi. O, daha öncə “Renn”, “Lyers” və “Monpelye”də də oynayıb. Sol cinah müdafiəçisi Əlcəzair yığmasında 53 oyuna çıxıb, 6 qola imza atıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər