Almaniya Kubokunda 1/8 final mərhələsinin oyunlarına yekun vurulub.
Fanat.Az xəbər verir ki, son gündə 4 görüş baş tutub.
Oyunlarını qələbə ilə başa vuran “Bayer”, “Saarbrüken”, “Herta” və “Ştutqart” növbəti mərhələyə yüksəliblər. Dortmund “Borussiya”sı ilə “Ayntraxt”ın mübarizəni dayandırması diqqətçəkən olub.
Almaniya Kuboku 1/8 final 5 dekabr
Maqdeburq – Fortuna (Düsseldorf) 1:2 Kayzerslautern – Nürnberq 2:0 Homburq – Sankt Pauli 1:4 Borussiya (Mönxenqladbax) – Volfsburq 1:0
6 dekabr
Bayer – Paderborn 3:1 Saarbrüken – Ayntraxt 2:0 Herta – Hamburq 3:3 (penaltilər 5:3) Ştutqart – Borussiya (Dortmund) 2:0