“Borussiya”lardan fərqli nəticə

“Borussiya”lardan fərqli nəticə

Almaniya Bundesliqasında 16-cı tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün daha 2 qarşılaşma baş tutub.

Dortmund “Borussiya”sı “Auqsburq”a çətinliklə qalib gəlib. Mönhenqladbax “Borussiya”sı isə “Bayer”lə ev oyunundan məğlubiyyətlə ayrılıb.

Hazırda 35 xala malik “Bayern” vahid liderdir. “Ayntraxt”, “Union Berlin” və “Frayburq”un hesabında 30 xal var. “Leypsiq” 29, Dortmund “Borussiya”sı 28 xal toplaya bilib.

Almaniya Bundesliqası 16-cı tur 20 yanvar

Leypsiq – Bayern 1:1 Qol: Halştenberq, 52 – Şupo-Motinq, 37.

21 yanvar

Bohum – Herta 3:1 Qol: Hofmann, 22; 56. Şlotterbek, 44 – S.Serdar, 87.

Ayntraxt – Şalke 3:0 Qol: Lindstrom, 22. Borre, 84. Buta, 90+1.

Ştutqart – Maynts 1:1 Qol: Jirassi, 36 – İnqvartsen, 40-pen.

Union Berlin – Hoffenhaym 3:1 Qol: Duxi, 73; 89. Levelinq, 90+6 – Bebu, 43.

Volfsburq – Frayburq 6:0 Qol: Vimmer, 2. Vind, 28; 37. Gerhardt, 56. Baku, 80. Valdşmidt, 90+4-pen.

Köln – Verder 7:1 Qol: Maina, 9. Tigges, 16; 21. Sxiri, 30; 54. Huseynbaşiç, 36. Friedl, 77-öz qapısına – Fullkruq, 38.

22 yanvar

Borussiya (Dortmund) – Auqsburq 4:3 Qol: Bellingem, 29. Şlotterbek, 42. Bayno-Gittens, 75. Reyna, 78 – Mayer, 40. Demiroviç, 45+1. Kolina, 77.

Borussiya (Mönhenqladbax) – Bayer 2:3 Qol: Ştindl, 82; 90+3 – Bakker, 21. Adli, 43. Amiri, 67.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər