“Borussiya”dan 6 cavabsız qol

“Borussiya”dan 6 cavabsız qol

Almaniya Bundesliqasında 31-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün daha bir görüş baş tutub.

Dortmund “Borussiya”sı doğma meydanda “Volfsburq”la qarşılaşıb. Meydan sahibləri bu görüşdə darmadağına seviniblər.

Hazırda 65 xala malik “Bayern” vahid liderdir. Dortmund “Borussiya”sı 64 xalla ikinci, “Leypsiq” 57 xalla üçüncüdür. “Union Berlin”lə “Frayburq” 56, “Bayer” 48, “Volfsburq” 46, “Maynts” 45, “Ayntraxt” 43 xal toplayıb.

Almaniya Bundesliqası 31-ci tur 5 may

Bayer – Köln 1:2 Qol: Adli, 28 – Selke, 14; 36.

Maynts – Şalke 2:3 Qol: Barreyro, 53. Martin, 70 – Bulter, 26; 90+10-pen. Krauss, 60.

6 may

Auqsburq – Union Berlin 1:0 Qol: Belyo, 53.

Borussiya (Mönhenqladbax) – Bohum 2:0 Qol: Hofmann, 35.

Frayburq – Leypsiq 0:1 Qol: Kampl, 73.

Herta – Ştutqart 2:1 Qol: Kempf, 29. Nyederlexner, 45+2 -Jirassi, 38.

Hoffenhaym – Ayntraxt 3:1 Qol: Baumqartner, 8. Kramariç, 41. Bebu, 45+3 – M.Götse, 54.

Verder – Bayern 1:2 Qol: Şmidt, 87 – Qnabri, 62. Sane, 72.

7 may

Borussiya (Dortmund) – Volfsburq 6:0 Qol: Adeyemi, 14; 59. Haller, 28. Malen, 37. Bellingem, 54; 86.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər