"Borussiya Dortmund" heyətinə yeni futbolçu cəlb edib.
Fanat.Az xəbər verir ki, Bundesliqa təmsilçisi Avstriya "Zaltsburq"undan Kərim Adeyemini transfer edib.
Məlumatı alman klubunun rəsmi saytı yayıb.
20 yaşlı hücumçu "Mançester Siti"yə keçən Erlinq Holandı əvəzləyəcək.
Kərimlə müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulan sözləşmə imzalanıb.