"Borussiya" yeni baş məşqçisini açıqladı

"Borussiya" yeni baş məşqçisini açıqladı
Mönhenqladbax "Borussiya"sının yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisini hazırda Avstriyanın "Zaltsburq" komandasına başçılıq edən Marko Roze çalışdıracaq.
43 yaşlı mütəxəssisin müqaviləsinin detalları açıqlanmayıb. Almaniyalı baş məşqçi yeni postunda Diter Hekkinqi əvəzləyəcək. "Borussiya" daha öncə Hekkinqin mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.
Qeyd edək ki, Marko Roze 2017-ci ildən "Zaltsburq"a rəhbərlik edir. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər