"Borussiya" ulduz hücumçuyla şifahi razılığa gəldi - Son durum

"Borussiya" ulduz hücumçuyla şifahi razılığa gəldi - Son durum

Dortmund "Borussiya"sı gənc ulduzu Erlinq Holandı 2023-cü ilədək komandada saxlamaq istəyir.

Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, bir neçə gün öncə Almaniya klubunun direktoru Hans-Yoahim Vatske 21 yaşlı hücumçunun agenti Mino Rayola ilə görüşüb.

Mənbə tərəflərin Holandın gələn il "Borussiya"nı tərk etməyəcəyi ilə bağlı şifahi razılığa gəldiklərini vurğulayıb. Almaniya təmsilçisinin norveçliyə 2022-ci il üçün 14 milyon maaş ödəməyə hazır olduğu bildirilib.

Bu mövsüm zədə üzündən 11 Bundesliqa matçında forma geyinən Holand 13 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. "Tarnsfermarkt" portalı dortmundlularla olan müqaviləsinin müddəti 2024-cü ildə başa çatacaq forvardın transfer qiymətini 150 milyon avro ilə dəyərləndirir.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər