“Borussiya” səfərdən 1 xalla döndü

“Borussiya” səfərdən 1 xalla döndü

Almaniya Bundesliqasında 2-ci turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, bu gün daha 6 görüş baş tutub.

Dortmund “Borussiya”sı səfərdə “Bohum”la qarşılaşmadan xal itkisi ilə yarılıb. “Darmştadt” evdə “Union Berlin”ə, “Haydenhaym” “Hoffenhaym”a, “Köln” “Volfsburq”a, “Borussiya” (Mönhenqladbah) isə Bayer məğlub olub. “Frayburq” da “Verder”i tək qolla yenib.

Almaniya Bundesliqası 2-ci tur 25 avqust

Leypsiq – Ştutqart 5:1 Qollar: Henriks, 51. Olmo, 63. Openda, 66. Kampl, 74. Simons, 76. - Jrassi, 35.

26 avqust

Bohum – Borussiya (Dortmund) 1:1 Qollar: Stoqer, 13 – Malen, 56.

Darmştadt – Union Berlin 1:4 Qollar: Mehlem, 24 – Qosens, 4; 34. Behrens, 39. Doeki, 65.

Köln – Volfsburq 1:2 Qollar: Valdşmit, 55 – Vind, 62; 72.

Frayburq – Verder 1:0 Qol: M.Filipp, 90+6.

Haydenhaym – Hoffenhaym 2:3 Qollar: Beste, 26. Pyeringer, 58 – Beyer, 77. Kaderabek, 81. Kramariç, 90.

Borussiya (Mönhenqladbah) – Bayer 0:3 Qollar: Bonifase, 18. Ta, 45+6. Bonifase, 53.

27 avqust

17:30. Maynts – Ayntraxt 19:30. Bayern - Auqsburq

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər