Dortmund "Borussiya"sının idman direktoru Sebastyan Kel klubun cari mövsümün sonunda 27 yaşlı Mahmud Daudun komandanı tərk edəcəyini bildirib.
Fanat.Az xəbər verir ki, Kel "Bild"ə açıqlamasında belə danışıb:
"Ötən həftə Mo ilə görüşdük. Ciddi və açıq söhbətimiz oldu. Müqaviləsinin yenilənməyəcəyini özünə çatdırdım. Mo artıq 6 ildir ki, bizimlədir. O, çox yaxşı futbolçudur. Bir insan kimi də haqqında yalnız müsbət sözlər deyə bilərəm. Ancaq biz onunla yolları ayırmaqda qərarlıyıq".
Nihat