"Borussiya" rəhbərliyi Terziçlə bağlı qərarını verdi

"Borussiya" rəhbərliyi Terziçlə bağlı qərarını verdi

Dortmund "Borussiya"sının rəhbərliyi komandanın baş məşqçisi Edin Terziçlə bağlı qərarını verib.

Fanat.Az-ın məlumatına görə, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, Almaniya klubunun idarəçiləri sözügedən mütəxəssislə müqavilə yeniləməyi planlaşdırırlar. Mənbə Terziçin son mövsümün ikinci yarısında ortaya qoyduğu performansla rəhbərliyin rəğbətini qazandığını vurğulayıb.

Qeyd edək ki, Terziç 2022-ci ildən "arılar"ı çalışdırır. "Borussiya" 2023/2024 mövsümündə Bundesliqadakı mübarizəni 63 xalla 5-ci pillədə başa vurub. Bundan başqa, Dortmund təmsilçisi Çempionlar Liqasının finalınadək irəliləyib və həlledici görüşdə "Real Madrid"ə 0:2 hesabı ilə uduzub. 41 yaşlı çalışdırıcının "Borussiya" ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər