"Borussiya" İtaliya nəhəngindən türkü istəyir

"Borussiya" İtaliya nəhəngindən türkü istəyir

"Yuventus”un yarımmüdafiəçisi Emre Can yanvarda iş yerini dəyişə bilər.

 

 

Fanat.Az xəbər verir ki, 26 yaşlı oyunçunu Dortmund "Borussiya”sı rənglərinə bağlamaq istəyir. "Arılar” "Yuve”yə ilk olaraq 18 milyon avro təklif etsə də, italyanlar bu məbləğə razılaşmayıb. Tərəflər danışıqları sürdürür.

Almaniya klubu qarşı tərəflə ortaq məxrəcə gələ bilsə, Canla müddəti 2024-cü ilə qədər olacaq anlaşma imzalanacaq.

Qeyd edək ki, Emre cari mövsüm A Seriyasında cəmi 8 oyuna çıxıb.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər