Dortmund "Borussiya"sı iki hücumçusunu - Sebastyen Haller və Yussuf Mukokonu satmağı planlaşdırır.
Fanat.Az verir ki, informasiyanı "Get German Football News" yayıb.
Xəbərə görə, Almaniya təmsilçisinin rəhbərliyi artıq hər iki oyunçunu bu barədə məlumatlandırıb. Mənbə Mukokonun başqa kluba transfer olunmaq istəmədiyini, icarəyə yollanmaq variantını daha uyğun saydığını vurğulayıb.
Haller son mövsümdə bütün turnirlərdə 19 oyuna çıxaraq 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Moukoko isə geridə qalan "futbol ili"ndə 27 görüşdə forma şansı qazanıb. O, bu qarşılaşmalarda 6 dəfə rəqib qapılarına yol tapıb.