"Borussiya" evdə büdrədi

"Borussiya" evdə büdrədi

Almaniya Bundesliqasında 31-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə 3 oyun baş tutub.

Mönhenqladbax “Borussiya”sı ilə “Union Berlin” arasındakı oyun qolsuz bitib. “Maynts” – “Köln” görüşündə də qalib müəyyənləşməyib. “Darmştadt” isə evdə “Haydenhaym”a uduzub.

Hazırda 81 xala malik “Bayer” vahid liderdir. “Bayern” 69 xalla 2-ci, “Ştutqart” 64 xalla 3-cü pillədə qərarlaşıb. “Leypsiq”in 62, Dortmund “Borussiya”sının 57, “Ayntraxt”ın 45, “Frayburq”un 40 xalı var.

Almaniya Bundesliqası 31-ci tur 26 aprel

Bohum – Hoffenhaym 3:2 Qollar: Stoger, 34; 64. Passlak, 45+2 – Kramariç, 73; 84.

27 aprel

Auqsburq – Verder 0:3 Qollar: Şmid, 52. Dukş, 61. Deman, 90.

Bayern – Ayntraxt 2:1 Qollar: Keyn, 9; 61-pen – Ekitike, 23.

Frayburq – Volfsburq 1:2 Qollar: Bornau, 42-öz qapısına – Arnold, 82. Lakrua, 90.

Leypsiq – Borussiya D 4:1 Qollar: Openda, 23. Şeşko, 45+2. Simakan, 46. Baumqartner, 80 – Sanço, 20.

Bayer – Ştutqart 2:2 Qollar: Adli, 61. Andrix, 90+6 – Fuhrix, 47. Undav, 57.

28 aprel

Borussiya M – Union Berlin 0:0

Maynts – Köln 1:1 Qollar: Barreyro, 29 – Kaynts, 90+5-pen.

Darmştadt – Haydenhaym 0:1 Qol: Dovedan, 90.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər