“Borussiya” darmadağınla zirvədə!

“Borussiya” darmadağınla zirvədə!

Almaniya Bundesliqasında 33-cü tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün daha 3 görüş baş tutub.

“Maynts” evdə “Ştutqart”a böyük hesabla uduzub. “Bayer” - “Borussiya” (Mönhenqladbax) matçında qalib müəyyənləşməyib.

Dortmund “Borussiya”sı isə səfərdə “Auqsburq”u böyük hesabla məğlub etməklə sona bir tur qalmış zirvəyə yüksəlib. Hazırda bu komanda 70 xalla vahid liderdir. Bir gün öncə uduzmaqla çempionluq şansını böyük ölçüdə itirən “Bayern” isə 68 xalla ikinci pillədə qərarlaşıb. 63 xalı olan “Leypsiq” üçüncüdür. “Union Berlin” və “Frayburq”un 59, “Bayer”in 50 xalı var.

Almaniya Bundesliqası 33-cü tur 19 may

Frayburq – Volfsburq 2:0 Qol: Günter, 71. Petersen, 75.

20 may

Herta – Bohum 1:1 Qol: Tuzar, 63 – Şlotterbek, 90+4.

Hoffenhaym – Union Berlin 4:2 Qol: Bebu, 22. Kramariç, 36-pen; 90. Dabbur, 90+9 – Doexi, 45+4. Layduni, 90+5.

Şalke – Ayntraxt 2:2 Qol: Terodde, 1. Polter, 85 – Kamada, 21. Tuta, 59.

Verder – Köln 1:1 Qol: Şmid, 73 – Tigges, 36.

Bayern – Leypsiq 1:3 Qol: Qnabri, 25 – Laymer, 65. Nkunku, 76. Soboslai, 86-pen.

21 may

Maynts – Ştutqart 1:4 Qol: İnqvartsen, 23 – Endo, 41. Jirassi, 63. Fuhrix, 78. Kulibali, 90+1.

Auqsburq – Borussiya (Dortmund) 0:3 Qol: Haller, 58; 84. Brandt, 90+3.

Bayer – Borussiya (Mönhenqladbax) 2:2 Qol: Adli, 15. Demirbay, 20 – Hofmann, 58. Ştindl, 90.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər