Dortmund "Borussiya"sı heyətini yeni hücumçu ilə gücləndirməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Mənbə "qara-sarılar"ın "Köln"ün 34 yaşlı forvardı Antoni Modestə elçi düşdüyünü və tərəflərin danışıqları davam etdirdiyini vurğulayıb.
Qeyd edək ki, son mövsümdə Almaniya Bundesliqasında 32 matça çıxan Modest 20 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "keçilər"lə olan müqaviləsinin müddəti gələn ilin yayına qədər nəzərdə tutulub.
Nihat