Bundesliqada 20-ci turun oyununda "Haydenhaym" Dortmund "Borussiya"sı ilə qolsuz heç-heçə (0:0) edib.
Fanat.Az "Opta Sports"-a istinadən xəbər verir ki,
"Borussiya" üçün bu, Bundesliqada 2019-cu ilin payızından bəri ilk qolsuz bərabərlikdir.
26 oktyabr 2019-cu ildə "arılar" "Şalke"ni məğlub edə bilməyib (0:0).
Bu matçdan sonra "Haydenhaym" Bundesliqa cədvəlində 9-cu pilləyə yüksəlib (24 xal), "Borussiya" isə 3-4-cü yerləri bölüşür (37 xal).