Boqomolski iddialı danışdı - "Tovuza qələbə dalınca gedəcəyik"

Boqomolski iddialı danışdı - "Tovuza qələbə dalınca gedəcəyik"

"Neftçi" Premyer Liqada bu il son matçını "Turan Tovuz"a qarşı keçirəcək. 17-ci turda baş tutan ev oyununda "Kəpəz"i 2:1 hesabı ilə üstələyən "ağ-qaralar" səfərə qalib əhval-ruhiyyəsində yollanacaq. Gəncə təmsilçisi ilə görüşdə hesabı açan Yeqor Boqomolski Tovuza da 3 xal arxasınca gedəcəklərini bildirib.

Fanat.Az xəbər verir ki, belaruslu hücumçu "Neftçi TV"-yə açıqlamasında belə deyib: 

"Kəpəz" üzərində vacib qələbə qazandıq. Əlbəttə, istəyirik ki, daha inamlı çıxış edək. Nəyə qadir olduğumuzu növbəti qarşılaşmalarda göstərməyə çalışacağıq. Oyundan-oyuna irəliləyirik. "Turan Tovuz" turnir cədvəlinin üst pillələrində qərarlaşıb. Buna baxmayaraq, Tovuza qələbə dalınca gedəcəyik". 

Qeyd edək ki, "Turan Tovuz" qış fasiləsinə bir tur qalmış 31 xalla 3-cü pillədə qərarlaşıb. "Neftçi"nin isə aktivində 16 xal var. Samir Abasovun komandası 7-ci yerdədir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər