Bonuççi yığmaya məşqçi təyin edildi - RƏSMİ

Bonuççi yığmaya məşqçi təyin edildi - RƏSMİ

İtaliya millisinin sabiq üzvü Leonardo Bonuççi yığmada işləyəcək.

Fanat.Az İtaliya Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, ölkəsinin U-20 komandasına məşqçi təyin olunub.

37 yaşlı Bonuççi baş məşqçi Bernardo Korradinin köməkçisi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, sözügedən mütəxəssis İtaliya millisində 121 oyuna çıxaraq 8 qola imza atıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər