"Bolonya"nın "qoca"sı rekorda imza atdı

"Bolonya"nın "qoca"sı rekorda imza atdı
"Bolonya” İtaliya A Seriyasının 34-cü turunda öz meydanında "Fiorentina” ilə 3:3 hesablı heç-heçəyə razılaşıb.
 
Fanat.Az xəbər verir ki, həmin görüşdə het-trikə imza atan "Bolonya”lı Rodriqo Palasio çempionatın tarixinə düşüb. 
 
39 yaşlı hücumçu A Seriyası tarixində bir oyunda 3 top vuran ən yaşlı futbolçu ünvanını qazanıb. Bundan əvvəlki rekord Silvio Pioliyə məxsus idi. Sabiq hücumçu 1950-ci ildə, 37 yaş 51 günlüyündə het-trik etmişdi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər