Boksçumuzdan Avropa birinciliyinə uğurlu start

Boksçumuzdan Avropa birinciliyinə uğurlu start

Azərbaycan boksçusu Elbrus Kərimli Rumıniyanın Ployeşti şəhərində keçirilən Avropa birinciliyinə qələbə ilə başlayıb.

Fanat.Az xəbər verir ki, 54 kq çəkidə mübarizə aparan idmançı Françesko Crucillanı (İtaliya) məğlub edib.

O, 1/16 final çərçivəsində baş tutan döyüşdə 3:2 (29:28, 29:28, 28:29, 29:28, 28:29) hesabı ilə qalib gəlib. Kərimli ikinci qarşılaşmasında şotlandiyalı Yakub Naismitlə üz-üzə gələcək.

Qeyd edək ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı Avropa birinciliyinin dördüncü günündə Azərbaycan millisinin 4 üzvü rinqə çıxacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər