Boksçumuz dünya çempionatında mərhələ adladı

Boksçumuz dünya çempionatında mərhələ adladı

Azərbaycan boksçusu Ümid Rüstəmov Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan dünya çempionatında növbəti mərhələyə adlayıb.

Fanat.Az xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən idmançı 1/32 finalda mərakeşli Süleyman Samqulini sınağa çəkib.

İkinci və üçüncü raundlarda rəqibini noqdauna salmağı bacaran Rüstəmov hakimlərin yekdil qərarı ilə qələbə qazanıb.

92 kq çəkidə yer alan Eldar Quliyev isə İordaniya təmsilçisinə uduzaraq (0:4) mübarizəni dayandırıb.

Qeyd edək ki, mayın 15-dək davam edəcək mundiala Azərbaycanın ümumilikdə 13 boksçusu qatılıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər