Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub. Fanat.Az xəbər verir ki, komandamızın heyətində Sübhan Mamedovun (50 kq) ardınca Səidcəmşid Cəfərov da yarışın qızıl medalını qazanıb. 75 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü finalda İsmayıl Mutsolqovu (Rusiya) məğlub edib - 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28). Bununla da Azərbaycan millisi 43 ölkədən 406 boksçunun qatıldığı Avropa çempionatını rekord sayda - 5 medalla başa vurub. Baş məşqçi Ravşan Xocayevin rəhbərlik etdiyi komandamız 2 qızıl, 1 gümüş və 2 bürünc mükafata sahib olub. Avropa çempionatında Cəfərovdan öncə Sübhan Mamedov (50 kq) da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nəbi İsgəndərov (70 kq) gümüş, Amin Məmmədzadə (55 kq) və Məhəmməd Abdullayev (+90 kq) bürünc medal qazanıblar.
Boksçumuz Avropa çempionu olub
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı