Boksçumuz Avropa çempionatının finalında

Boksçumuz Avropa çempionatının finalında
Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyində yarımfinal mərhələsinin döyüşlərinə start verilib. 
Fanat.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Məhəmmədəli Qasımzadə (54 kq) finala gedən yolda rumıniyalı Daniel Girleanu ilə üz-üzə gəlib.
1/8 finalda Arseni Oniyenkonu (Ukrayna), ardınca Fyodor Kamanini (Estoniya) məğlub edən boksçumuz rinqdən yenə qalib ayrılıb. O, son Avropa çempionunu Girleanuya 4:1 (29:28, 30:27, 28:29, 29:28, 29:28) hesabı ilə qalib gəlib. 
Qasımzadə final döyüşündə rusiyalı Boqdan Prima ilə qarşılaşacaq. 
Qeyd edək ki, 30 ölkədən 339 (224 oğlan, 115 qız) boksçunun mübarizə apardığı yarışda final görüşləri iyulun 11-də baş tutacaq.
 
Sahib Əsədbəyli
 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər