Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bəlli oldu

Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bəlli oldu

İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında keçiriləcək Avropa birinciliyinin püşkü atılıb.

Azərbaycan Boks Federasiyasından Fanat.Az-a verilən məlumata görə, bu gün start götürəcək yarışda Azərbaycan yığmasının üzvlərinin də ilk rəqibləri müəyyənləşib.

Turnirin ilk günündə rinqə 1 boksçu çıxacaq. İbrahim Zeynalov irlandiyalı Con Hartla üz-üzə gələcək.

Avropa birinciliyi, Montesilvano 27 sentyabr 1/16 final İbrahim Zeynalov (52 kq) – Con Hart (İrlandiya)

28 sentyabr 1/8 final Faiq Mollayev (46 kq) – İqor Uşinyak (Polşa) Aynur Mikayılova (50 kq) – Byanka Balint (Almaniya)

29 sentyabr 1/8 final Bilalhabasi Nəzərov (48 kq) – Rıza Səfəri (İngiltərə) Tağı Nəsibov (50 kq) – Cuzeppe Dell Aquila (İtaliya) Məhəmmədəli Aşurəliyev (54 kq) – Armandas Kreqzde (Litva) Məhəmmədəli Qasımzadə (57 kq) – Nik Smirnov (Almaniya) Ziya Həsənova (66 kq) – Stefan Ananyev (Estoniya)

30 sentyabr 1/4 final Aysu İsmayılova (46 kq) – Mariya Trifilli (Yunanıstan) Nərmin Əlizadə (48 kq) – Mahur Marikyan (Ermənistan) Qızbəs İsgəndər (54 kq) – Ella-Mae Lonsdale (İngiltərə) Emili Rzayeva (70 kq) – Olqa Filipçuk (Ukrayna)

Avropa birinciliyində 33 ölkədən 378 (250 oğlan, 128 qız) idmançı qüvvəsini sınayacaq. Yarışın qaliblərinin adına oktyabrın 4-də aydınlıq gələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər