Boksçularımızdan “Qızıl əlcək” turnirində 3 medal

Boksçularımızdan “Qızıl əlcək” turnirində 3 medal

Serbiyanın Çaçak şəhərində boks üzrə “Qızıl əlcək” beynəlxalq turnirinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisi 15 ölkənin iştirak etdiyi yarışı 1 gümüş və 2 bürünc medalla başa vurub.

60 kq çəkidə mübarizə aparan Ümid Rüstəmov (60 kq) finalda rusiyalı Nemət Səfərovla döyüşüb. Rəqib qələbə qazandığından boksçumuz gümüş medala yiyələnib.

Ondan öncə Ruslan Rüstəmov (63,5 kq) və Kamran Şahsuvarlı (75 kq) “Qızıl əlcəy”i 3-cü yerdə bitiriblər.

Yarışın ən yaxşı hakimi adına isə Anar Nağdıyev layiq görülüb. Beynəlxalq dərəcəli referimiz “Qızıl əlcəy”in təşkilatçıları tərəfindən xüsusi kubokla mükafatlandırılıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər