Boksçularımız Özbəkistanda mübarizəyə başladı

Boksçularımız Özbəkistanda mübarizəyə başladı

Bu gün yeniyetmə boksçulardan ibarət Azərbaycan millisi Özbəkistanın Fərqanə şəhərində keçirilən beynəlxalq turnirdə mübarizəyə başlayıb.

Fanat.Az xəbər verir ki, boksçularımız turnirdə baş məşqçi Vaqif Kazımov və Ağası Məmmədovun rəhbərliyi ilə yarışırlar.

Turnirdə ölkəmizin idman şərəfini Bilal Nəzərov (44 kq), Faiq Mollayev (46 kq), Vaqif Hacıyev (48 kq), Tağı Nəsibov (50 kq), İbrahim Zeynalov (52 kq), Məhəmmədəli Aşurəliyev (54 kq), Məhəmmədəli Qasımzadə (57 kq), Murad Seyidli (60 kq), Məhəmməd Quliyev (63 kq), Ziya Həsənov (66 kq) və Ayxan Əliyev (70 kq) qoruyurlar.

Qeyd edək ki, yarışın ədalət təmsilçiləri arasında azərbaycanlı hakim Fikrət Hacıyev də yer alıb. Yarış mayın 24-dək davam edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər