Boksçularımız "Strandja"nı iki medalla tamamladı

Boksçularımız "Strandja"nı iki medalla tamamladı

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə “Strandja” beynəlxalq turniri başa çatıb.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisi 40-a qədər ölkədən 398 idmançının (256 kişi, 142 qadın) qatıldığı yarışda 2 medal qazanıb.

Yığma üzvlərindən Aynur Rzayeva (+81 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb. O, finalda Aqata Kajmarskaya (Polşa) məğlub olduğundan gümüş medalla kifayətlənib.

Digər boksçumuz Məhəmməd Abdullayev (+92 kq) isə turniri 3-cü pillədə başa vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər