Boksçularımız Avropa çempionatında 2 medal qazandı - FOTO

Boksçularımız Avropa çempionatında 2 medal qazandı - FOTO
Rumıniyanın Tırqu-Jiu şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı başa çatıb. Fanat.Az xəbər verir ki, Azərbaycan millisi yarışı 1 gümüş və 1 bürünc medalla başa vurub. 
Çempionatın sonuncu günündə yığmamızın üzvü Tayfur Əliyev (56 kq) rumıniyalı Robert Eusebi Jitarunu sınağa çəkib. Gərgin keçən final döyüşü rəqibin qələbəsi ilə başa çatıb. Nəticədə Avropa Oyunlarının mükafatçısı yarışı ikinci pillədə bitirib. 
Qeyd edək ki, Əliyevdən öncə Məhəmməd Abdullayev (+91 kq) bürünc medalı rəsmiləşdirmişdi.
 
Boksçularımız Avropa çempionatında 2 medal qazandı - FOTO
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər