Argentinanın "Boka Xuniors” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, komandaya bundan sonra Qustavo Alfaro çalışdıracaq. 57 yaşlı argentinalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. O, bu postda Gilyermo Skelottonu əvəzləyib.
Qeyd edək ki, Qustavo Alfaro son olaraq ölkəsinin "Urakan" komandasına rəhbərlik edib. O, indiyədək yalnış Argentina klublarını çalışdırıb.
Fanat.Az