Libertadores Kubokunun finalında əzəli rəqibi "River Pleyt”ə uduzan "Boka Xuniors”un baş məşqçi Gilyermo Skelotto istefaya göndərilib.
Fanat.Az xəbər verir ki, bu barədə Argentina klubunun prezidenti Daniel Anhelisi məlumat verib. "Frans-Press” danışan klub rəhbəri bildirib ki, 45 yaşlı mütəxəssisin başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, Skelotto 2016-cı il martın 1-dən "Boka Xuniors”un baş məşqçisi idi. Onun yerinə ən real namizəd hazırda Braziliyaın "Palmeyras” klubuna başçılıq edən Luis Felipe Skolari hesab olunur.
Fanat.Az