“Boavişta”nın baş məşqçisi: "Kamranı qaytarmağa çalışacağıq"

“Boavişta”nın baş məşqçisi: "Kamranı qaytarmağa çalışacağıq"

“Bovaişta”nın baş məşqçisi Migel Leal keçirdiyi mətbuat konfransında zədəli oyunçuların durumu haqqında danışıb. Portuqaliyalı mütəxəssis milli komandamızın qapıçısı Kamran Ağayevin vəziyyətinə də aydınlıq gətirib.

 

“Kamran Ağayev və Fabio Eşpinyo bu oyunda çıxış etməyəcək. Çətin qarşılaşma olacaq, ancaq azarkeşlərimizin də dəstəyi ilə qalib gəlməyə çalışacağıq. Ağayevin vəziyyəti nisbətən daha ağırdı. Onu qış fasiləsində heyətə qaytarmağa çalışacağıq”.

 

Qeyd edək ki, “Boavişta” Portuqaliya çempionatında növbəti matçını dekabrln 6-da “Pakoş Fereyra”ya qarşı keçirəcək.(Apasport.az)

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər