"Kamran Ağayevin ilk qoldakı səhvini onun zədəsi ilə bağlamaq doğru olmaz". Fanat.Az xəbər verir ki, bu sözləri “Boavişta”nın baş məşqçisi Migel Leal deyib.
"Boavişta" Portuqaliya çempionatının XII turunda "Paços Fereyra"ya 1:2 hesabı ilə uduzub. Qollardan biri isə məhz Kamran Ağayevin səhvindən sonra vurulub. Belə ki, 18-ci dəqiqədə standart vəziyyətdən cərimə meydançasına havalandırılan topu uzaqlaşdırmaq istəyən Kamran çıxışda səhvə yol verib. Nəticədə top rəqibin qarşısına düşüb, o da bundan lazımınca istifadə edib.
Migel Lil oyundan sonra açıqlamasında millimizin qapıçısından narazı qaldığını bildirib: "Kamran həmin epizodda düzgün qərar vermədi. O, topa çıxmamalı idi. Kim meydana çıxırsa, məsuliyyəti də o daşıyır. Amma onu da unutmayaq ki, Ağayevin bu qarşılaşmada iştirakı sual altında idi. Oyuna hazır olmaq üçün çox çalışdı. Bir neçə epizodda da komandamızı qoldan xilas etdi. Məğlub olsaq da, komandadan ümumilikdə razı qaldım. Bu çətin yolda azarkeşlərimizin dəstəyinə ehtiyacımız var”.
Fanat.Az