Boatenq "Bavariya"dan ayrılacağını gizlətmədi

Boatenq "Bavariya"dan ayrılacağını gizlətmədi
"Bavariya"nın müdafiəçisi Jerom Boatenq klubunu dəyişməyə hazır olduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, Münhen klubundan yeni müqavilə təklifi almayan oyunçunun sözlərini "Goal" belə çatdırıb:
"Yeni şəhərlər, mədəniyyətlər və insanlarla tanış olmağı çox sevirəm. Uzun müddət bir yerdə qalmaq xoşuma gəlmir. Bu üzdən də yeni çağırışları qəbul etmək istəyirəm. Yaxşı formadayam və son vaxtlar komandaya kömək etmişəm. Bunu həm baş məşqçimiz Hans-Diter Flik, həm də komanda yoldaşlarım deyir. Mənim üçün əsas olan da budur. Ayrılıq anı gələndə geriyə - "Bavariya"da keçirdiyim illərə qürurla baxacam".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər