Boateng: "Haynkes mənə ata kimidir"

Boateng: "Haynkes mənə ata kimidir"

"Bayern Münih"in Qana əsilli alman ulduzu Jerome Boateng vəzifədən gedən baş məşqçi Yupp Haynkesə tərif yağdırıb.

İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, Boateng, "Son olaraq Almaniya Kubokunu qazanaraq Haynkesə vida etdiyimiz üçün qürur duyuram. Bunu sonuna qədər haqq edir. Yupp mənim üçün sanki bir atadır. Məni "Bayern"ə gətirən də odur. Karyeramda çox böyük bir rol oynadı və ona nə qədər təşəkkür etsəm azdır", deyib.

68 yaşlı Yupp Haynkesin məşqçilik karyerasına davam edib-etməyəcəyi naməlumdur.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər