Blatter Ronaldoya yalvarır

Blatter Ronaldoya yalvarır

FIFA prezidenti Zepp Blatterlə "Real"un ulduzu Kriştiano Ronaldo arasında gərginlik davam edir. Fanat.az xəbər verir ki, ali futbol qurumu rəhbərinin gərginliyi azaltmaq cəhdləri nəticəsiz qalıb.

İspaniyanın "AS" qəzetinin iddiasına görə, Blatter üzr istəmək üçün dəfələrlə Ronaldoya zəng edib. Lakin hirsi soyumayan futbolçu zənglərin heç birinə cavab verməyib. FIFA prezidenti hətta ayrı-ayrı şəxsləri araya salaraq Ronaldonu onunla danışmağa razı salmaq istəsə də, heç bir nəticəsi olmayıb.

Qeyd edək ki, Blatter "Messimi, Ronaldomu" sualına cavab verərkən argentinalının daha yaxşı olduğunu bildirmişdi. Bununla kifayətlənməyən FIFA rəhbəri Ronaldo haqqında "meydanda əsgər kimi dayanır" və "bərbərdə çox pul xərcləyir" ifadələrini işlətmişdi. Portuqaliyalı futbolçunun bu səbəbdən bu il "Ballon D`or" mükafatının təqdimat mərasiminə qatılmayacağı deyilir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər