Blatter Braziliyanı "topa tutdu"

Blatter Braziliyanı "topa tutdu"
FIFA prezidenti Zepp Blatter Braziliyadan narazıdı. Fanat.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri İsveçrənin "24 saat" qəzetinə açıqlamasında Cənubi Amerika ölkəsini dünya çempionatına hazırlıqların yubanması səbəbindən tənqid edib.
Blatter 6 stadionun hələ hazır olmadığını bildirib: "İndiyə qədər heç bir ölkədə dünya çempionatının hazırlıqları axsamayıb, amma Braziliya 12 stadiondan 6-sını hələ təhvil verməyib. Halbuki, arenalar dekabrın 31-dək təhvil verilməli idi".
FIFA prezidenti Braziliyada stadionlarla yanaşı, otellərin, hava limanlarının və yolların tam hazır olmadığını bildirib. Blatter digər ölkələrə dünya çempionatına hazırlıq üçün 6 il vaxt verildiyini, Braziliyanın isə 7 il zamanının olduğunu deyib: "Onların dünya çempionatına ev sahibliyi edəcəklərini öyrəndikdən sonra 7 il vaxtları var idi. Lakin işin ciddiyətini gec anladılar və hazırlıqlara gec başladılar. İqtisadi cəhətdən Braziliyadan daha zəif olan və DÇ-2014 üçün hər şeyi sıfırdan quran CAR belə onlardan daha yaxşı çalışmışdı".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər