Blajevski "Xəzər Lənkəran"dan gedir?

Blajevski "Xəzər Lənkəran"dan gedir?

"Xəzər Lənkəran"da qışda müəyyən dəyişikliklərin ollacağı məlumdu. Çünki baş məşqçi Oğuz Çətin özü də açıqlamışdı ki, qlobal olmasa da müəyyən dəyişikliklər reallaşacaq. Yəni bir-neçə futbolçu komandadan ayrılacaq. Onların yerinə yeni transferlər olacaq.

 

Rekord.az komandadan ayrılmaq ehtimalı yüksək olan futbolçulardan birinin adını əldə edə bilib. Bu, Deyan Blajevskidi. 

Cari mövsümdə baş məşqçi demək olar ki, ona şans vermir. Son 4 turda isə Blajevski, ümumiyyətlə, meydança üzünə həsrətdi. Yalnız "Sumqayıt"la matçın 90+3-cü dəqiqəsində meydançaya çıxıb ki, bu da vaxt udmaq üçün edilən əvəzləmədən başqa bir şey deyildi. Bir sözlə, Çətin bu futbollçunun xidmətində maraqlı deyil və qışda o, göndəriləcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər