Türkiyə Kubokunun 2-ci turunun püşkatma mərasimi keçirilib. Fanat.az xəbər verir ki, püşkdə 108 klub iştirak edib.
Onlardan 40-ı 1-ci turun qalibləridi. Həmin komandalara Super Toto 2-ci liqadan 36, PTT 1-ci liqadan 19 və Super Liqadan avrokuboklara qatılmayan 13 klub qoşulub. 54 qalibin müəyyənləşəcəyi 2-ci turun oyunları 24, 25 və 26 sentyabr tarixlərində keçirilələcək.
Püşkatmada Türkiyədə çıxış edən futbolçularımızın da rəqibləri müəyyənləşib:
Sivasspor (Cihan Özkara) - Bucak Bələdiyyəsi Ocakspor
Eskişəhirspor (Ufuk Budak) - Çıksalınspor
Fethiyespor (Davud Kərimi) - Kızılcabölükspor
Dənizlispor (Saşa Yunisoğlu, Arif İsayev) - Manavqat Evrenseki
Kahramanmaraşspor (Fərid Quliyev, Murad Axundzadə) - Tosya Bələdiyyəspor
Gölcükspor - Orduspor (Branimir Subaşiç)
Tavşanlı Linyitspor (Andrey Popoviç, Usim Nduka) - Dardanelspor
Göztepe - Altınordu (Timur Temeltaş)
Fanat.az