Bizimkilər Türkiyədə: kim necə oynayıb?

Bizimkilər Türkiyədə: kim necə oynayıb?
Türkiyə Super Liqasında, PTT 1-ci liqasında, Spor Toto 2-ci liqasında və A2 liqasında ilk dövrə başa çatıb. Fanat.az bu çempionatlarda top qovan futbolçularımızın çıxışına nəzər salıb.
Super Liqadakı yeganə futbolçumuz Cihan Özkara üçün ilk dövrə uğurlu alınmayıb. "Sivasspor"un baş məşqçisi Roberto Karlos çempionatda futbolçumuza 8 matçda cəmi 62 dəqiqə oynamaq imkanı verib. Bu oyunlarda Cihan fərqlənə bilməyib. Hücumçu kubokun 4 oyununda forma şansı qazanıb və 294 dəqiqə oynayaraq yeganə qoluna imza atıb. Cihan cari mövsümdə 2 sarı vərəqə alıb.
Digər Super Liqa təmsilçisi "Eskişəhərspor"un üzvü Ufuk Budak əsas komandaya lazım olmadığından ilk dövrəni əvəzedici komandada keçirib. Futbolçu A2 liqasında 6 oyuna çıxıb və 484 dəqiqə oynayıb. Ufuk bu oyunlarda 3 qola imza atıb.
PTT 1-ci liqada çıxış edən ən uğurlu futbolçumuz Branimir Subaşiç olub. Serb əsilli hücumçu çempionatda 11 oyunda oynamaq şansı qazanıb. 1161 dəqiqə meydanda olan futbolçu 3 qol vurub və 3 sarı vərəqə alıb. Subaşiç bundan başqa kubokun 1 oyunda 45 dəqiqə forma geyinib.
"Dənizlispor"da çıxış edən Saşa Yunisoğlu 14 oyunda forma geyinib və 1260 dəqiqə oynamaq şansı qazanıb. Meydana çıxdığı bütün oyunlarda 90 dəqiqə oynayan futbolçumuz 2 sarı vərəqə alıb.
"Tavşanlı Linyitspor"un formasını geyinən Usim Nduka da komandasının əsas heyət oyunçusuna çevirilib. Afrikalı oyunçumuz son dövrlər 1-2 oyunda heyətdən kənarda qalsa da, son turda 90 dəqiqə mübarizə aparıb. Nduka PTT 1-ci liqada 13 (1130 dəqiqə), kubokda 2 (151 dəqiqə) oyun keçirib və 5 sarı vərəqə alıb.
Mövsüm başa çatmadan "Dənizlispor"dan göndərilən Arif İsayev PTT 1-ci liqada meydana çıxdığı 5 oyunda 242, kubokdakı 1 oyunda 46 dəqiqə oynayıb. Lakin bu matçlarda rəqib qapılarına yol tapa bilməyib.
Türkiyədəki başqa bir uğursuz futbolçumuz - Fərid Quliyev də mövsüm başa çatmadan vətənə dönüb. Maliyyə problemləri üzündən "Kahramanmaraşspor"la yollarını ayıran forvard 3 rəsmi matçda cəmi 29 dəqiqə forma şansı qazanıb.
Türkiyədə çıxış edən iki qapıçımız yalnız kubok oyunlarında meydana çıxıb. "Tavşanlı Linyitspor"un formasını geyinən Andrey Popoviç 120 dəqiqə davam edən kubok matçında komandanın qapısını qoruyub. "Fəthiyəspor"un qapısını qoruyan Davud Kərimi isə 1 oyunda 90 dəqiqə meydanda olub.
Spor Toto Super Liqada çıxış edən Timur Temeltaş "Altınordu"nun əsas futbolçularından biri olub. 21 yaşadək futbolçulardan ibarət millimizin sabiq üzvü çempionatda 17 oyun keçirib, 1363 dəqiqə oynayıb, 2 qol vurub və 3 sarı vərəqə alıb. Timur kubokun 2 oyunda 153 dəqiqə meydanda olub.

Futbolçu

Klub

Oyun

Dəqiqə

Qol

Sarı

Timur Temeltaş

Altınordu

19

1516

2

3

Usim Nduka

Tavşanlı Linyispor

15

1281

0

5

Saşa Yunisoğlu

Dənizlispor

14

1260

0

2

Branimir Subaşiç

Orduspor

12

1206

3

3

Ufuk Budak

Eskişəhərsor

6

484

3

0

Cihan Özkara

Sivasspor

12

365

1

2

Arif İsayev

Dənizlispor

6

288

0

0

Andrey Popoviç

Tavşanlı Linyispor

1

120

0

0

Davud Kərimi

Fəthiyəspor

1

90

0

0

Fərid Quliyev

Kahramanmaraşspor

3

29

0

0

Cəmi

89

6639

9

15

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər