Türkiyə Super Liqasında və PTT 1-ci liqasında 11 futbolçumuz çıxış edir. Onlardan 5-i milliləşdirilərək əsas və 21 yaşadək futbolçulardan ibarət milli komandalarımızın heyətinə cəlb olunan türk əsilli almaniyalı oyunçulardı.
Hələlik ən çox oynayan Branimir Subaşiçdi. Millimizin sabiq forvardı "Manisaspor"un 5 çempionat və 1 kubok oyununda 493 dəqiqə meydanda olub, 1 qola imza atıb. "Qaziantep BB"də çıxış edən Ufuk Budak 5 oyun 406, "Karşıyaka"nın formasını geyinən Mahir Şükürov 4 matçda 358 dəqiqə oynayıb.
"Neftçi"nin "Elazığspor"a icarəyə verdiyi Cavid İmamverdiyev də uğurlu çıxış edir. O, çempionatdakı 4 oyunda 300 dəqiqə meydanda olub və 2 qola imza atıb.
Qeyd edək ki, Rail Məlikovlə Ayaz Mehdiyev yalnız kubok matçlarında meydana çıxıb. Super Liqadakı yeganə təmsilçimiz Cihan Özkara isə yeni mövsümdə debüt etməyib.
| Futbolçu | Klub | Oyun | Dəqiqə | Qol |
| Branimir Subaşiç | Manisaspor | 6 | 493 | 1 |
| Ufuk Budak | Qaziantep BB | 5 | 406 | 0 |
| Mahir Şükürov | Karşıyaka | 4 | 358 | 0 |
| Cavid İmamverdiyev | Elazığspor | 4 | 300 | 2 |
| Umut Sönmez | Orduspor | 5 | 278 | 0 |
| Vaqif Cavadov | Qaziantep BB | 6 | 262 | 2 |
| Rəhman Hacıyev | Qaziantep BB | 5 | 226 | 1 |
| Timur Temeltaş | Altınordu | 2 | 176 | 0 |
| Rail Məlikov | Dənizlispor | 1 | 120 | 0 |
| Ayaz Mehdiyev | Giresunspor | 1 | 70 | 0 |
| Cihan Özkara | Sivasspor | 0 | 0 | 0 |
Fanat.az