"Bizə məşqdə Messiyə toxunmağı qadağan etmişdilər"

"Bizə məşqdə Messiyə toxunmağı qadağan etmişdilər"

"Barselona"da olanda bizə məşqdə Messiyə toxunmağı qadağan etmişdilər".

Fanat.Az xəbər verir ki, bunu "Nitsa"nın müdafiəçisi Jan-Kler Todibo deyib.

2019-2021-ci illər aralığında Kataloniya təmsilçisinin formasını geyinən Todibonun söylədiklərini "Ligue 1 Show" belə çatdırıb:

"Bu, yalana bənzəyir, amma həqiqətdir. Biz ona qarşı ehtiyatlı oynamalıydıq. Ancaq bu qadağanın normal olduğunu düşünürəm. Komandanın ən yaxşı futbolçusunun zədələnməsini heç kim istəməz".

Xatırladaq ki, Jan-Kler "Barselona" forması ilə bütün turnirlərdə 5 oyun keçirib. Arxa xətt oyunçusu bu qarşılaşmalarda məhsuldar göstəricilərlə yadda qalmayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər