"Biz "Real"dan daha yaxşı oynadıq" - Yozua Kimmix

"Biz "Real"dan daha yaxşı oynadıq" - Yozua Kimmix

"Bayern Münhen"in müdafiəçisi Yozua Kimmix Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunundan - "Alyans Arena"da "Real Madrid"ə qarşı keçirdikləri matçdan (2:2) sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun dediklərini "Bayern"in rəsmi saytı belə çatdırıb:

"Düşünürəm ki, biz "Real"dan daha yaxşı oynadıq və real qol imkanlarımız onlarınkından daha çox oldu. Əlbəttə, rəqibin hesabı penaltidən bərabərləşdirməsi üzücüdür. Ancaq biz oyuna nəzarət edərkən, qol imkanları yaradarkən nəyə qadir olduğumuzu isbatladıq. Gələn həftə də belə edə bilərik. Hələ heç nə həll olunmayıb. Qalib finalda oynayacaq".

Qeyd edək ki, tərəflərin Madriddəki cavab görüşü mayın 8-də keçiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər