"Yuventus"un və İtaliya millisinin sabiq hücumçusu Alessandro Del Pyero futbolun son illərdə necə dəyişməsindən danışıb.
Fanat.Az xəbər verir ki, "Marca" onun dediklərini belə çatdırıb:
"Müdafiənin önəmi olduqca böyükdür. Biz onu İtaliyada incəsənətə çevirmişik. İndi isə hər şey başqadır. Müdafiəçilərin manevr imkanları yoxdur. Demək olar ki, başqa futbolçulara toxunmalarına icazə vermirlər. Futbol əvvəl daha şən idi".
Qeyd edək ki, De Plyero 19 il (1993-2012) "Yuventus"un uğurları üçün çalışıb. O, komandasının kapitanı olub.
Nihat